Keçmiş gözəllik kraliçasının meyiti 12 mərtəbəli binanın altından tapıldı

Keçmişdə Myanma gözəllik kraliçası olmuş Sili Mee Mandalayda güclü zəlzələdən sonra uçan binanın dağıntıları altında ölü tapılıb.
BAKU.WS xəbər verir ku, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
KİV-in məlumatına görə, Sili Mi zəlzələ zamanı uşağı xilas etməyə çalışarkən dünyasını dəyişib. Qızın meyiti 12 mərtəbəli binanın dağıntıları təmizləndikdən sonra aşkar edilib.
Sili Mee 2018-ci ildə qazandığı "Miss Tourism Myanmar" titulunun ilk qalibi olub. O, həmçinin "Miss Tourism World" müsabiqəsində ölkəsini təmsil edib.
Xatırladaq ki, martın 28-də Myanmada iki zəlzələ baş verib. Bu səbəbdən ölkənin bəzi bölgələrində, eləcə də Taylandın Banqkok şəhərində fövqəladə vəziyyət elan edilib.
Myanmada martın 29-u, aprelin 1-i və 4-də yeni təkanlar qeydə alınıb.Son məlumatlara görə, Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 3600 nəfərə çatıb, 5000-dən çox yaralı var, daha 160 nəfər itkin düşüb.
Qalereya

Oxşar xəbərlər
Ağ ev: ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər
Vaşinqton administrasiyası Çindən ABŞ-yə gələn müəyyən növ mallara 245 %-ə qədər rüsum tətbiq edə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə A...