Katy Perri qadınlardan ibarət heyətlə birlikdə kosmosa gedir

Katy Perri qadınlardan ibarət heyətlə birlikdə kosmosa gedir
Foto
Dünya 172

ABŞ-li məşhur müğənni Katy Perri tamamilə qadınlardan ibarət bir heyətlə kosmosa səyahət edəcək.

BAKU.WS dha-ya istinadən xəbər verir ki, "Blue Origin" şirkətinin "New Shepard" kosmik gəmisi ilə baş tutacaq uçuşda ona milyarder Ceff Bezosun nişanlısı Loren Sançes də daxil olmaqla beş qadın müşayiət edəcək. Uçuşun bu gün, Bakı vaxtı ilə təxminən saat 15:30-da Texas ştatından həyata keçirilməsi planlaşdırılır. Bu missiya, 1963-cü ildə sovet kosmonavtı Valentina Tereşkovanın uçuşundan sonra yalnız qadınlardan ibarət ilk kosmik heyət kimi tarixə düşəcək.

TAM avtomatik sistemlə çalışan kosmik gəmi əvvəlcə şaquli şəkildə qalxacaq, daha sonra kapsul ayrılacaq və paraşütlə Yerə geri dönəcək. Təxminən 10 dəqiqə davam edəcək bu uçuş zamanı heyət üzvləri beynəlxalq miqyasda kosmos sərhədi sayılan Karman xəttini keçəcəklər. Uçuş zamanı qısa müddətlik çəkisizlik vəziyyətində oturacaqlarını tərk edərək sərbəst hərəkət edə biləcəklər.

Katy Perri qadınlardan ibarət heyətlə birlikdə kosmosa gedir

Oxşar xəbərlər

Rza Pəhləvi Trampa müraciət edib

Rza Pəhləvi Trampa müraciət edib

Senator Qraham haqlıdır, Prezident Tramp Obama deyil və onun İrandakı etirazçıları dəstəkləyən sözləri bunu göstərir. BAKU.WS "Report"a istinadən xəbər verir ki...

116 Dünya 23:55 12 yanvar 2026

Son xəbərlər