Kanadadan Ukraynaya əlavə 2 milyard dollarlıq yardım paketi
24
avq
2025
21:39
Kanada Ukraynaya dəstəyini davam etdirir və yeni olaraq 2 milyard ABŞ dolları məbləğində yardım ayırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Kanada Baş naziri Mark Karni, Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, ayrılan vəsaitin 800 milyon dollarlıq hissəsi dərhal hərbi sursatların və pilotsuz uçuş aparatlarının təmin olunmasına yönəldiləcək.
Mark Karni həmçinin vurğulayıb ki, bu paket Kanadanın son yardımı deyil və dəstək davam etdiriləcək.
Oxşar xəbərlər
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. BAKU.WS "Report"a istinadən xəbər verir k...