Kadırovun qızı vitse-premyer postundan istefa verdi

Ayşat Kadırova Çeçenistan hökumətinin vitse-premyer vəzifəsini tərk etmək və moda sahəsində biznes layihələrinə diqqət yetirmək qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
"Bu iş mənim üçün vacib bir təcrübə oldu. Sosial blokun idarə olunması respublikanın inkişafında böyük rol oynayır. Lakin düşünürəm ki, bu iş daha güclü bir kişiyə daha çox uyğundur", – deyə Kadırova müraciətində bildirib.
O əlavə edib ki, bundan sonra biznes sahəsində çalışaraq respublikaya fayda verməyə davam edəcək. Onun fikrincə, bu yolla daha çox xeyir verə biləcək.
26 yaşlı Ayşat Kadırova Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızıdır. O, 2023-cü ilin oktyabr ayından bəri respublikanın hökumətində vitse-premyer vəzifəsində çalışırdı.
Oxşar xəbərlər
"Baza" kanalının baş redaktoru saxlanıldı
Rusiyada məşhur "Telegram" kanalı olan "Baza"nın baş redaktoru Qleb Trifonov və onun əməkdaşı rüşvət verməyə cəhd göstərməkdə şübhəli bilinərək hüquq-mühafizə o...