Kadırov Sum vilayətindəki vəziyyətə münasibət bildirib
Çeçenistan rəhbəri Ramzan Kadırov Sum vilayətində döyüşən "Qərb-Əhmət" batalyonunun tam fədakarlıqla fəaliyyət göstərdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib. "Komandirlərə möhkəm rəhbərliyə, döyüşçülərə isə dözümləri, cəsarətləri və tapşırıqları qüsursuz yerinə yetirdikləri üçün təşəkkür edirəm", – deyə Kadırov qeyd edib.
O, eyni zamanda bölmənin tapşırıqları yerinə yetirərkən ehtiyatlı və dəqiq yanaşmasını vurğulayıb və bunun davamlı uğurlu nəticələr verdiyini bildirib. Kadırovun sözlərinə görə, bu yanaşmanın təsdiqi kimi Ukrayna qüvvələrinin uğurla sıradan çıxarılması göstərilə bilər.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...