Kadırov Bodrumda boğulma təhlükəsi yaşayıb
24
iyl
2025
21:01
Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyədə istirahət zamanı təhlükəli anlar yaşayıb.
Türkiyə mətbuatının yazdığına görə, o, Bodrum sahillərində dənizdə çimərkən gözlənilmədən boğulma təhlükəsi ilə üzləşib.
Hadisəyə dərhal müdaxilə edən Sahil Mühafizəsi əməkdaşları Kadırovu sudan çıxarıb və ona ilkin tibbi yardım göstəriblər.
Daha sonra təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılan Çeçenistan liderinin səhhətinin hazırda stabilləşdiyi bildirilir.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...