Jest dili tərcümə edən robot təqdim edildi
Çində keçirilən 14–16 noyabr tarixli 27-ci Beynəlxalq Yüksək Texnologiyalar Sərgisinin əsas yeniliklərindən biri jest dili ilə ünsiyyət qura bilən robot olub. Qurğu ölkədə ilk dəfə tətbiq olunan "jestlə qarşılıqlı əlaqə sistemi" ilə təchiz edilib.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, robotun yaradıcıları bildiriblər ki, bu texnologiya müxtəlif modellərdə olan "çevik robot əl" sistemlərinə uyğunlaşdırıla bilər. Layihənin əsası Harbin Politexnik Universitetinin Şençjen kampusu tərəfindən hələ 2008-ci ildə hazırlanmağa başlanmış jest lüğətinə dayanır.
Tədqiqatçılar qeyd edir ki, "jest dili üzrə açıq beynəlxalq məlumat bazası olmadığından" onlar 5 mindən çox jest və hərəkəti özləri qeydiyyata alaraq model üçün geniş təlim bazası yaradıblar.
Layihə rəhbərlərindən biri, Liu Cünczən, sistemin universallığının jestlərin xüsusi təsvir üsulu ilə əldə edildiyini bildirib. Hər jest barmaqların və biləyin fəza daxilində mövqeyinə əsasən müəyyən edilir. Bu səbəbdən robotun quruluşundan və əl modelindən asılı olmayaraq, proqram avtomatik olaraq tələb olunan hərəkətləri və oynaqların əyilmə bucaqlarını hesablayır.
Oxşar xəbərlər
Kristin Laqardın real maaşı açıqlanandan xeyli yüksək olub
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın gəliri rəsmi hesabatlarda göstərilən məbləğdən təxminən 50 faiz çoxdur. BAKU.WS-in Financial Times nəş...