İzmirin keçmiş bələdiyyə sədri həbs edilib
04
iyl
2025
21:05
İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Tunç Soyer həbs edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan T.Soyer İzmir Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunub.
Qeyd edilib ki, iyulun 1-dən bəri bu işlə əlaqədar saxlanılan 139 nəfərdən 21-i ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, 99-u barəsində həbs qətimkan tədbiri, 19-u barəsində isə polis nəzarətinə götürülmə tələbi irəli sürülüb.
Oxşar xəbərlər
Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir
Qətər hakimiyyəti Dohadakı Həməd Beynəlxalq Hava Limanı vasitəsilə xarici aviaşirkətlər üçün uçuşların mərhələli şəkildə bərpa olunduğunu elan edib. BAKU.WS xar...