İzmirdə PKK terror təşkilatına qarşı əməliyyat - Saxlanılanlar var
Türkiyənin İzmir şəhərində PKK/KCK-YPG/PYD silahlı terror təşkilatlarına üzv olduqları və sosial mediada təşkilatın təbliğatını apardıqları müəyyən edilən 6 şübhəli saxlanılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu, PKK/KCK-YPG/PYD silahlı terror təşkilatına qarşı apardığı istintaq çərçivəsində təşkilat üzvü olduğu və təşkilatın təbliğatını apardığı təsbit edilən 10 şübhəli haqqında həbs qərarı çıxarıb.
Daha sonra İzmir İl Jandarma Komandirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi qrupları şübhəlilərin ünvanlarına eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı 6 şübhəli saxlanılıb, 4 şübhəlinin tutulması üçün işlərin davam etdiyi bildirilib.
Oxşar xəbərlər
Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır
Vaşinqton ABŞ və İran arasında danışıqların davam etdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu barə...