İtaliyada HƏMAS-ın maliyyələşdirilməsində şübhəli bilinən 9 nəfər həbs edilib
İtaliyada HƏMAS-ı maliyyələşdirməkdə şübhəli bilinən 9 nəfər həbs edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Əməliyyatı İtaliya Maliyyə Qvardiyasının iştirakı ilə xüsusi polis bölməsi həyata keçirib.
Həbs olunanlar arasında İtaliyadakı fələstinlilər assosiasiyasının prezidenti Məhəmməd Hannun da var. O, HƏMAS-ın xarici özəyinin üzvü, İtaliya "nümayəndəliyi"nin rəhbərlərindən biri hesab edilir.
Şübhəlilər terror fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur. Agentliyin məlumatına görə, saxlanılanlar üç xeyriyyə assosiasiyası vasitəsilə HƏMAS-a 7 milyon avro köçürüblər.
Oxşar xəbərlər
Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır
Vaşinqton ABŞ və İran arasında danışıqların davam etdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu barə...