İstanbulun meri və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıblar
İstanbulun bələdiyyə başçısı Ekrem İmamoğlu vəzifəsindən uzaqlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Türkiyənin Daxili İşlər Nazirliyi məlumatına görə, İmamoğlu ilə birlikdə həbs olunan Beylikdüzü və Şişli bələdiyyə başçıları da vəzifədən kənarlaşdırılıblar.
Bildirilir ki, qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Ekrem İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.
Oxşar xəbərlər
Çin Tayvan ilə əlaqələri gücləndirmək üçün 10 maddəlik paket açıqlayıb
Çin Tayvanla münasibətləri genişləndirmək məqsədilə yeni 10 maddəlik siyasət paketi təqdim edib. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Çin Kommunist...