İstanbuldan Moskvaya uçan təyyarənin pilotlarına lazerlə müdaxilə olub
21
apr
2025
11:53
Rusiyaya məxsus sərnişin təyyarəsinin pilotları uçuş zamanı lazer şüası ilə müdaxiləyə məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Aviaincident" teleqram kanalı məlumat yayıb.
Hadisə 20 aprel tarixində baş verib. "Airbus A321" tipli sərnişin təyyarəsi Türkiyənin İstanbul şəhərindən qalxaraq "Şeremetyevo" hava limanına istiqamətlənib.
Təyyarə Moskvanın 50 kilometr qərbində, 2 min metr hündürlükdə olarkən, naməlum şəxslər tərəfindən pilot kabinəsinə yaşıl lazer şüası yönəldilib.
Hadisəyə baxmayaraq, ekipaj uçuşu davam etdirib və təyyarə uğurla eniş edib.
Oxşar xəbərlər
ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək
ABŞ Dövlət katibi Marko Rubio oktyabr ayında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün İslandiya, Yunanıstan və Portuqaliyaya sə...