İstanbulda pozuntuların aşkarlandığı 250-dən çox hotel bağlanacaq

İstanbulda pozuntuların aşkarlandığı 250-dən çox hotel bağlanacaq
Dünya 115

Türkiyənin Kartalkaya xizək kurortunda baş verən faciədən sonra nəzarət orqanları tərəfindən aparılan yoxlamalar nəticəsində İstanbulda 250-dən çox hotel bağlanacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə T24 portalı məlumat yayıb.

Yoxlamalar 12 prefekturada aparılıb. 253 hoteldə fəaliyyət üçün lisenziyanın olmaması, eləcə də yanğın təhlükəsizliyi və s. ilə bağlı pozuntular aşkar edilib. Bu hotellərdən 64-ü İstanbulun Avropa hissəsindəki Beyoğlu rayonunda yerləşir.

İstanbul valisi Davut Gül daha əvvəl bildirmişdi ki, şəhərdə pozuntu aşkar edilən bütün hotellər həftə sonuna qədər, ən geci fevralın 3-də bağlanacaq və möhürlənəcək. İstanbulda təxminən 3 min hotel var.

Xəbər verildiyi kimi Antalyada yoxlamalar çərçivəsində 50 mehmanxana möhürlənib.

Son xəbərlər