İstanbulda fişəng və oxşar maddələrin satışı, istifadəsi QADAĞAN OLUNDU
 
                            İstanbul Valiliyi yüksək temperatur, artan meşə yanğınları səbəbindən şəhərdə işıq fişəngi və digər partlayıcı–yanıcı maddələrin satışını, istifadəsini qadağan edib.
BAKU.WS xəbər verir ki, Valilikdən yayılan yazılı açıqlamada bildirilib ki, yay mövsümünün təsiri ilə ölkənin müxtəlif bölgələrində meşə yanğınlarında artım müşahidə olunub. Bu təhlükənin qarşısını almaq məqsədilə İstanbulda 23 iyun – 15 oktyabr tarixləri arasında meşəlik ərazilərə giriş qadağan edilib.
Yeni qərara əsasən isə, 29 iyul 2025-ci il tarixindən etibarən 28 oktyabr 2025-ci il tarixinədək İstanbul ərazisində işıq fişəngi, məşəl və oxşar maddələrin satışı və istifadəsi tam qadağan olunub.
Qərarın icrası ilə bağlı hüquq-mühafizə orqanları – polis, jandarma və digər aidiyyəti qurumlar tərəfindən daimi nəzarət və yoxlamalar həyata keçiriləcək. Qadağaya əməl etməyən fiziki və hüquqi şəxslər barəsində qanuni tədbirlər görüləcək.
Oxşar xəbərlər
MOSSAD-ın yeni rəhbəri Belarusda doğulmuş general Hofman ola bilər
İsrailin baş naziri Benyamin Netanyahunun hərbi katibi vəzifəsində çalışan general-mayor Roman Hofman ölkənin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın növbəti rə...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    