İstanbulda fişəng və məşəllər qadağan edildi

İstanbulda fişəng və məşəllər qadağan edildi
Dünya 31

İstanbul Valiliyi meşə yanğınları riskinin artması səbəbindən havai fişəng, siqnal fişəngi, məşəl və digər partlayıcı-yanıcı vasitələrin satışı və istifadəsini müvəqqəti qadağan edib.

BAKU.WS xəbər verir ki, qərara əsasən, qadağa 16 iyul–28 oktyabr 2026-cı il tarixləri arasında İstanbulun bütün ərazisində qüvvədə olacaq.

Valiliyin açıqlamasında bildirilib ki, yay mövsümündə havaların istiləşməsi, meşəlik ərazilərdə insan və nəqliyyat vasitələrinin sayının artması, həmçinin ehtiyatsızlıq və ya qəsdən törədilə biləcək yanğınların qarşısını almaq məqsədilə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Qeyd olunub ki, daha əvvəl qəbul edilmiş qərarla 8 iyun–15 oktyabr tarixlərində meşəlik ərazilərə giriş də qadağan edilmişdi. Son günlər meşə yanğınlarının sayının artması isə əlavə məhdudiyyətlərin tətbiqini zəruri edib.

Valilik bildirib ki, qadağaya əməl olunmasına rayon icra hakimiyyətləri, bələdiyyələr, polis, jandarma və digər aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət ediləcək. Qaydaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək. Qərar İstanbul valisi Davud Gülün imzası ilə aidiyyəti dövlət qurumlarına göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər