İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1 247-yə çatıb
30
mar
2026
20:32
İsrail Hərbi Hava Qüvvələrinin son sutka ərzində Livan ərazisinə endirdiyi zərbələr nəticəsində azı doqquz nəfər həlak olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında qeyd olunub.
"Hərbi eskalasiya başlayandan bəri öldürülən vətəndaşların ümumi sayı 1 247-yə, yaralıların sayı isə 3 680-ə çatıb. Martın 2-dən bəri İsrailin hücumları nəticəsində 1 036 kişi, 124 uşaq və 87 qadın həlak olub", - qurumun məlumatından aydın olur.
Oxşar xəbərlər
Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib
Fransanın bir sıra şəhərlərində oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib. Paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanl...