İsrailin 20 qırıcısı Yəməndə husilərin hədəflərinə hücum edib

İsrailin 20 qırıcısı Yəməndə husilərin hədəflərinə hücum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Onlarla hədəfə hücum edilib, hücumlarda 50 döyüş mərmisi atılıb", - məlumatda bildirilir.
Xatırladaq ki, mayın 4-də husilər tərəfindən atılan raket Tel-Əvivin Ben Qurion beynəlxalq hava limanı yaxınlığında partlayıb. İsrail Ordusunun cəhdlərinə baxmayaraq raketin qarşısını almaq mümkün olmayıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Husilər raket zərbəsinə görə məsuliyyəti öz üzərinə götürüb. Hərəkatın hərbi sözçüsü Yəhya Sariya üsyançı qüvvələrin hava limanına hipersəsli ballistik raketlə hücum etdiyini bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu cavab tədbirləri görəcəyini bəyan edib.
Oxşar xəbərlər
Britaniyada uşaq cinsi istismarı üzrə cinayətkara 27 il həbs verildi
Britaniyada 13 yaşında saxta şəxsiyyət yaradaraq məktəblilərin "etimad"ını qazanmış bir şəxs 27 il həbs cəzasına məhkum edilib. Cinayətkar əvvəllər 130 maddə üz...
