İsraildə hava hücumundan müdafiə raketlərinin çatışmazlığı yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə hava hücumundan müdafiə (HHM) raketlərinin ciddi çatışmazlığı müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, İran və "Hizbullah" hərəkatının eyni vaxtda mümkün hücumu İsrail HHM-nin effektivliyini ortaya qoyacaq. Eyni zamanda Birləşmiş Ştatlar da İsrail və Ukraynaya eyni vaxtda raket tədarükünü artıra bilmir.
Qeyd edək ki, İsrail ordusunun HHM raketləri oktyabrın 1-də İranın hava hücumlarının dəf edilməsinə və hər gün "Hizbullah"ın hücumlarının qarşısının alınmasına sərf olunur. Oktyabrın 14-də "Hizbullah"ın raketləri səbəbindən bütün mərkəzi İsraildə hava həyəcanı elan edilib.
Son sutka ərzində "Hizbullah" İsrailə 100-dən çox raket atıb. Eyni zamanda, Qəzza bölgəsindən də İsrail ərazisinə atəşlər davam edir.
Bunun nəticəsidir ki, "Hizbullah" hərəkatı Hayfanın şimal-qərbində İsrailin Hərbi Dəniz Qüvvələrinin bazasına raket zərbəsi endirə bilir.
Oxşar xəbərlər
Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər
Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının Əbuqeyq şəhərində "Saudi Aramco" şirkətinə məxsus obyektlərə zərbə endirdiklərini açıqlayıblar...