İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
"Ötən ay İranın həyata keçirdiyi hava hücumları İsrailin hərbi obyektlərinə "çox az" ziyan vurub".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyinə İsrail ordusunun nümayəndəsi təsdiqləyib.
Adının açıqlanmasını istəməyən rəsmi şəxs bildirib ki, zərbələrə baxmayaraq, zədələnmiş hərbi obyektlər işlək vəziyyətdə qalıblar.
Mənbə hansı hərbi obyektlərin vurulduğuna və hərbi infrastruktura dəyən ziyanın miqyasına dair konkret təfərrüat açıqlamayıb.
Qeyd edək ki, İsrailin iyunun 13-də İranın nüvə obyektlərinə və raket arsenalına qəfil hücumuna cavab olaraq, Tehran İsrail ərazisinə hava zərbələri endirib.
Oxşar xəbərlər
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək
Amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan hər bir uşağa kosmik texnologiyalar şirkəti "SpaceX"in özünə məxsus səhmlərindən birini hədiyyə edəcəy...