İsrail Rusiyaya İranla dostluğun nəticələri barədə xəbərdarlıq edib

İsrailin Şimal və Cənubun bərpası üzrə naziri, Knesset üzvü Zeev Elkin, Rusiyanı İranla artan münasibətlərin mümkün təhlükələri barədə xəbərdar edib.
Nazirin sözlərinə görə, İranın güclənməsi həm Yaxın Şərqdə, həm də qlobal səviyyədə təhlükəsizlik üçün ciddi təhdiddir.
"İranın güclənməsi – xüsusilə də o, dini fanatiklər tərəfindən idarə olunursa və onları demək olar ki, heç nə məhdudlaşdırmırsa – region üçün son dərəcə təhlükəlidir. Bu, təkcə region üçün deyil, çünki İranın uzaq ambisiyaları var: nüvə bombası yaratmaq, həmçinin daha uzun mənzilli ballistik raketlər hazırlamaq niyyətindədir",– deyə Elkin bildirib.
O əlavə edib ki, İranın bu planlarının həyata keçməsi Rusiya üçün də təhlükə yarada bilər.
Xatırladaq ki, 21 iyulda Rusiya və İranın müdafiə nazirləri Andrey Belousov və Əziz Nəsirzade arasında görüş keçirilib. Görüş zamanı Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
ABŞ kəşfiyyatı Venesuela prezidentini izləyir
ABŞ kəşfiyyat xidməti Venesuela Prezidenti Nikolas Maduronun hərəkətlərini izləyir, lakin onu fiziki cəhətdən aradan qaldırmaq planı yoxdur. BAKU.WS xəbər verir...
