İsrail ordusu Tehranda 16 təyyarəni məhv edib
İsrail Hərbi Hava Qüvvələri Tehranın Mehrabad hava limanında "Qüds" qüvvələrinin 16 təyyarəsini məhv edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bəyanata görə, təyyarələr Livandakı Hizbullah təşkilatına silah təchizatı üçün istifadə olunub. Qeyd olunub ki, məhv edilən təyyarələrin içərisində silah və pul olub.
Belə ki, hava gəmiləri dəfələrlə Mehrabad hava limanından qalxıb və Hizbullah da daxil olmaqla, proksi qrupların ehtiyaclarını ödəmək üçün Yaxın Şərqin müxtəlif yerlərinə eniş edib.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri üçün təhlükə yaradan İran qırıcılar sıradan çıxarılıb.
Oxşar xəbərlər
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
Nepalda baş verən daşqınlar zamanı hamını təəccübləndirən hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, yaşıl rəngli ev şiddətli daşqınlar qarşısında dağılmayıb. Bu t...