İsrail ordusu Livanın cənubunda quru əməliyyatına başlayıb
İsrail ordusu Livana qarşı hücumlarını genişləndirərək ölkənin cənubunda quru əməliyyatına start verib.
BAKU.WS xəbər verir ki, ordu rəhbərliyinin açıqlamasına görə, son günlər Livanın cənubunda "Hizbullah" mövqelərinə qarşı məhdud və hədəfli quru əməliyyatları həyata keçirilir. Bildirilib ki, bu addım müdafiə xətlərini gücləndirmək məqsədi daşıyır.
İsrail dövlət televiziyası KAN isə ordunun hökumətdən 450 min ehtiyat hərbçinin xidmətə çağırılması üçün icazə istəyəcəyini bildirib. Məlumata görə, hazırda çağırıla biləcək maksimal ehtiyat hərbçi sayı 260 mindir.
Qeyd edək ki, İsrail martın 2-dən Livana genişmiqyaslı hücumlar həyata keçirir. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, həmin tarixdən bəri hücumlar nəticəsində 850 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Hücumlar səbəbindən ölkədə 830 mindən artıq şəxs məcburi köçkün vəziyyətinə düşüb.
Oxşar xəbərlər
Əbu-Dabidə raket həyəcanı: 1 nəfər həyatını itirib
BƏƏ-nin paytaxtı Əbu-Dabidə baş verən raket hadisəsi nəticəsində bir nəfər həyatını itirib. BAKU.WS "Əl-Cəzirə"yə-ə istinadən xəbər verir ki, raket Əl-Bəhyan b...