İsrail ordusu İranda 50 hədəfin vurulduğunu açıqlayıb
İsrail Müdafiə Ordusu son 24 saat ərzində İranda 50 hədəfə zərbələr endirildiyini bəyan edib.
BAKU.WS xəbər verir ki, məlumatı İsrail ordusu sosial şəbəkələrdə yayıb.
Bildirilib ki, hücumlar zamanı ballistik raket anbarları və buraxılış meydançaları, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun iki kəşfiyyat komandanlıq mərkəzi və İranın Kəşfiyyat Nazirliyinin idarəetmə mərkəzi hədəf alınıb.
Eyni zamanda, İranın silah anbarlarına və hava hücumundan müdafiə sistemlərinə də zərbələr endirildiyi qeyd olunub.
İsrail ordusu əlavə edib ki, fevralın 28-dən etibarən "Nərildəyən şir" əməliyyatı çərçivəsində İrandakı hədəflərə ümumilikdə 3 mindən çox zərbə endirilib.
Oxşar xəbərlər
İranda Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olunub
İranda Məhəmməd Baqir Zülqədr Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib. BAKU.WS "NourNews"a istinadən xəbər verir ki, bu barədə İran Pre...