İsrail ordusu HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandirini öldürüb
İsrail hərbçiləri HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandiri Vahid Əbu Salamı öldürüblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun məlumatına görə, son aylarda Əbu Salam yeni hücumların hazırlanması, o cümlədən Qəzza zolağının cənubunda fəaliyyət göstərən İsrail hərbçilərinə zərbələr endirmək üçün nəzərdə tutulmuş silahların bərpası ilə məşğul olub.
Həmçinin bildirilib ki, 2023-cü il oktyabrın 7-də Əbu Salam HƏMAS-ın hücumu zamanı İsrail ərazisinə daxil olub və Qəzza zolağına aparılan dinc israilli sakinlərin qaçırılmasında iştirak edib.
Oxşar xəbərlər
İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ və İsrailə qarşı mümkün yeni qarşıdurma ilə bağlı açıqlama verib. BAKU.WS xəbər verir ki, Rezai...