İsrail ordusu: "HƏMAS-ın "Nuhba" xüsusi təyinatlı dəstəsinin komandiri məhv edildi"
Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail qüvvələri HƏMAS radikal qruplaşmasının hərbi qanadına aid olan "Nuhba" xüsusi təyinatlı bölməsinin komandirini zərərsizləşdirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir:
"SAXAL Qəzza zolağının cənub hissəsinə zərbə endirərək HƏMAS-ın hərbi qanadının "Nuhba" xüsusi təyinatlı qüvvələrinin dəstə komandiri Məhəmməd Emad Ərrəhman Əbu Teyməni məhv edib. O, oktyabrın 7-də Qəzza sərhədindəki Nirim kibbutsuna hücumda iştirak etmişdi. O, Qəzza zolağında fəaliyyət göstərən qoşunlar üçün birbaşa təhlükə yaradırdı".
Qurumdan, həmçinin bildirilib ki, hücumdan öncə dinc sakinlərə dəyə biləcək ziyanı ən aşağı səviyyəyə endirmək məqsədilə lazımi qabaqlayıcı tədbirlər görülüb.
Oxşar xəbərlər
İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ və İsrailə qarşı mümkün yeni qarşıdurma ilə bağlı açıqlama verib. BAKU.WS xəbər verir ki, Rezai...