İsrail İranın mühüm neft-kimya kompleksinə zərbə endirdi
İsrail İranın mühüm neft-kimya kompleksinə zərbə endirib.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.
Qeyd edilib ki, İranın cənub-qərbindəki Şiraz şəhərində neft-kimya kompleksinin infrastrukturuna zərbə endirilib.
İsrail İran qoşunlarının ehtiyacları üçün azot turşusu istehsal edən İran neft-kimya kompleksinə hücum edib.
Nəşr qeyd edir ki, Azot turşusu partlayıcı maddələrin və ballistik raketlərin hazırlanmasında digər vacib materialların istehsalında istifadə olunan vacib bir materialdır.
Daha əvvəl İranın Səudiyyə Ərəbistanındakı neft-kimya kompleksinə zərbə endirdiyi bildirilmişdi. Məlumata görə, zavodda böyük yanğın baş verib. Kompleks 60 milyon ton neft istehsal edir ki, bu da dünyanın ümumi neft-kimya istehsalının təxminən 6-8 faizini təşkil edir.
Oxşar xəbərlər
Trampdan İranla bağlı SƏRT açıqlama: "Qədim sivilizasiya məhv olacaq"
ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Truth Social"da İranla bağlı diqqətçəkən paylaşım edib. BAKU.WS xəbər verir ki, Tramp qeyd edib ki, "bu ge...