İsrail İranın ən böyük qaz istehsalı müəssisəsini vurdu
İsrail Hərbi Hava Qüvvələri İrana edilən son zərbələr zamanı İslam Respublikasının əsas qaz emalı müəssisəsini hədəfə alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu iddia İsrailin "12"-ci televiziya kanalında yayılıb.
Qeyd olunur ki, sözügedən obyekt İran üzrə qaz istehsalının təqribən 40 faizini təşkil edir.
Bir İsrail rəsmisi kanala açıqlamasında bu zərbənin ABŞ ilə razılaşdırılaraq həyata keçirildiyini vurğulayıb. Mənbə onu da deyib ki, obyektin müəyyən bir qisminə zərər vurulub. Bu isə Tehrana xəbərdarlıq xarakteri daşıyır və gələcəkdə bu cür hərbi əməliyyatların daha geniş miqyas ala biləcəyi ehtimal olunur.
Oxşar xəbərlər
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
Nepalda baş verən daşqınlar zamanı hamını təəccübləndirən hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, yaşıl rəngli ev şiddətli daşqınlar qarşısında dağılmayıb. Bu t...