İsrail "Hizbullah"ın xüsusi təyinatlılarının komandirini öldürdü
İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" təşkilatının hərbi qanadına daxil olan "Radvan" xüsusi təyinatlı dəstələrinin komandirini zərərsizləşdirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bəyanat yayıb.
Bəyanata əsasən, İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində Əbu Xəlil Barci öldürülüb. Hərbi mənbələrin məlumatına görə, o, uzun illər "Radvan" qüvvələrində komandir olub və bu yaxınlarda xüsusi təyinatlıların rəhbəri təyin edilib.
Bildirilir ki, Barci ilə birlikdə "Hizbullah"ın daha iki üzvü də məhv edilib.
Oxşar xəbərlər
Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib
Fransanın bir sıra şəhərlərində oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib. Paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanl...