İsrail "Hizbullah"ın Livandakı hərbi kompleksinin komandirini öldürüb
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah" hərəkatının "Məcdal Zun" hərbi kompleksinin komandirini öldürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
"Bu gün İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Haniyə bölgəsində yerləşən "Məcdəl Zun" kompleksinə zərbə endirib və "Hizbullah" komandirini öldürüb", - məlumatda deyilir.
Xatırladaq ki, İsrail ordusu bir il davam edən silahlı eskalasiyadan sonra 2024-cü ilin noyabrında Livanla əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq bu ilin fevralında Livanın cənubundan ordusunun çıxarılmasını başa çatdırıb. İsrail ordusu ancaq Livanın cənubundakı beş strateji mövqedə qalıb və bunu təhlükəsizlik nəzarəti maraqları ilə izah edib.
Oxşar xəbərlər
ABŞ İrana zərbələr üçün Britaniyaya əlavə bombardmançılar göndərib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd "B-52H Stratofortress" strateji bombardmançısı İrandakı hədəflərə zərbələr üçün Böyük Britaniyadakı Ferford aviabazası...