İsrail HHQ İranın 400-dən çox obyektinə zərbə endirib
İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində İranın qərb və mərkəzi bölgələrində yerləşən çoxsaylı hərbi hədəfləri vurub.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı müxtəlif hərbi obyektlərə zərbələr endirilib. Hücumların əsas hədəfləri arasında ballistik raket buraxılış qurğuları, silah istehsalı ilə məşğul olan müəssisələr və digər hərbi infrastrukturlar olub.
Məlumata əsasən, əməliyyat çərçivəsində ümumilikdə 400-dən çox obyektə zərbə endirilib. İsrail ordusu bildirib ki, hücumlar İranın qərb və mərkəzi hissələrində yerləşən strateji hədəflərə qarşı həyata keçirilib.
Oxşar xəbərlər
Dubayda yaşayış icazəsi almaq asanlaşdı
Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərlərindən biri olan Dubayda yaşayış icazəsi ilə bağlı qaydalarda dəyişiklik edilib. BAKU.WS xəbər verir ki, "DLD Cube"...