İsrail HƏMAS rəhbərliyinə zərbələr endirdi - Qətər vasitəçilikdən imtina etdi

İsrail HƏMAS rəhbərliyinə zərbələr endirdi - Qətər vasitəçilikdən imtina etdi
Video
Dünya 46

İsrail hökuməti 8 sentyabrda Qüdsdə və Qəzzada baş verən hücumlardan sonra HƏMAS rəhbərliyinin məhv edilməsi barədə qərar qəbul edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Açıqlamaya görə, Netanyahu bütün təhlükəsizlik strukturlarına göstəriş verib ki, HƏMAS rəhbərliyinin zərərsizləşdirilməsi üçün planlar hazırlansın. Müdafiə naziri də bu qərarı tam dəstəkləyib.

Qeyd edək ki, 9 sentyabrda İsrail ordusu HƏMAS rəhbərliyinə qarşı Qətərin paytaxtı Dohada dəqiq hava zərbəsi endirdiyini bildirib. Rəsmi məlumata əsasən, əməliyyatda dəqiq silahdan istifadə olunub və mülki əhaliyə zərərin minimuma endirilməsi üçün əlavə kəşfiyyat məlumatları nəzərə alınıb.

Lakin Qətər hökuməti hücumu kəskin şəkildə pisləyib və hadisə ilə bağlı ən yüksək səviyyədə araşdırma başladığını açıqlayıb.

Xatırladaq ki, 8 sentyabrda Qüdsdə silahlı şəxslər avtobusa hücum edərək sərnişinlərə atəş açıblar. Nəticədə 6 nəfər ölüb, silahlılar isə zərərsizləşdirilib. İsrail rəsmilərinin açıqlamasına görə, terror aktı iki fələstinli tərəfindən təşkil olunub.

Məlumat üçün bildirək ki, Türkiyə, İran və Səudiyyə Ərəbistanı İsrailin Dohaya endirdiyi hava zərbəsini qınayıb. BMT Baş katibi Antonio Quterreş hücumu "Qətərin suverenliyinin və ərazi bütövlüyünün açıq pozulması" adlandırıb və tərəfləri atəşkəsin bərqərar olunması üçün səy göstərməyə çağırıb.

"Əl-Ərəbiyyə" telekanalı hücum zamanı dörd yaşayış binasının hədəf alındığını bildirib. Bəzi KİV-lərin məlumatına görə, zərbə zamanı HƏMAS-ın Qəzzadakı lideri və daha üç siyasi büro üzvü hədəfdə olub, lakin onların sağ qalıb-qalmaması ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.

Son məlumata görə, İsrailin Dohaya endirdiyi zərbədən sonra Qətər Qəzza zolağı ilə bağlı vasitəçilik səylərini dayandırmaq qərarına gəlib.

Oxşar xəbərlər

Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrılıb

Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrılıb

Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb. BAK...

56 Dünya 23:36 09 sentyabr 2025

Son xəbərlər