İsrail HƏMAS-ı atəşkəs razılaşmanın bəzi bəndlərini pozmaqda ittiham edib
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatını vasitəçilərlə razılaşdırılmış bir sıra razılaşma bəndlərindən imtina etməkdə günahlandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti İsrail hökumət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.
HƏMAS razılaşmanın detallarını təsdiqləmədikcə İsrail hökuməti sənədi təsdiq etmək üçün iclas keçirməyəcək.
Bundan əvvəl SEPAH İsrailin HƏMAS-la razılaşmanı poza biləcəyini bildirərək hazırlıqların gücləndirilməsini tələb etmişdi. 15 yanvarda Dohada atəşkəs və girov mübadiləsi haqqında razılaşma imzalanıb. ABŞ Dövlət Departamenti isə bu razılaşmanın təminatçılarını açıqlayıb.
Oxşar xəbərlər
Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb
Şimali Koreyanın Rusiyadakı səfiri Sin Hon Çxol Moskva ilə Pxenyan arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. BAKU.WS xəbər verir ki, di...