İŞİD-in maliyyə şəbəkəsinə qarşı əməliyyat keçirilib
Türkiyənin paytaxtı Ankarada terror təşkilatı İŞİD-in maliyyə təminatı ilə məşğul olan şəbəkəyə qarşı əməliyyat keçirilib.
BAKU.WS Türkiyənin Baş Prokurorluğun məlumatına istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı bank hesabları üzrə əməliyyatlar və sosial şəbəkələrdəki paylaşımlar əsasında müəyyən edilib ki, şübhəlilər Türkiyədə yaşayan, eyni zamanda Suriyadakı münaqişə bölgələrində fəaliyyət göstərən İŞİD üzvlərinə və onların ailələrinə maddi yardım göstəriblər.
Bu əsasla təşkilatın Ankara üzrə maliyyə strukturunda iştirakda və "terrorizmin maliyyələşdirilməsi" cinayətində təqsirləndirilən 10 nəfər barəsində saxlanılma qərarı verilib.
Şübhəlilərin tutulması və istintaqa cəlb olunması istiqamətində Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...