İsa Məsihin çarmıxa çəkildiyi gün müəyyən edilib

NASA tərəfindən hazırlanmış modelə və Müqəddəs Kitabın Matta İncilinin 27:45 ayəsinə əsaslanan araşdırma nəticəsində alimlər İsa Məsihin çarmıxa çəkildiyi dəqiq tarixi müəyyənləşdiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə The Times of India məlumat yayıb.
Oksford Universitetinin alimləri NASA-nın 1990-cı illərdə hazırladığı modelə istinad edərək araşdırma aparıblar. Modelə maraq Pasxa bayramı ərəfəsində yenidən artıb.
Tədqiqatçılar Müqəddəs Kitabdakı "Günorta bütün yerin üstünü zülmət bürüdü və bu, üç saata qədər davam etdi" ifadəsinə diqqət çəkiblər və bunun Ay tutulmasına işarə ola biləcəyini ehtimal ediblər.
Aparılan astronomik təhlillər nəticəsində alimlər İsa Məsihin 33-cü ilin 3 aprel tarixində çarmıxa çəkildiyini müəyyənləşdiriblər. Həmin gün Yerusəlim üzərindəki səmada Ay tutulması nəticəsində qırmızımtıl bir mənzərə yaranmış ola bilər. Bu da İncil mətnlərində "Ay qan kimi oldu" ifadəsi ilə təsvir edilib.
Alimlərin sözlərinə görə, bu hadisə Ay tutulması zamanı müşahidə edilən təbii optik hadisə ilə – Ayın qırmızı rəngə bürünməsi ilə izah edilə bilər.

Oxşar xəbərlər
İlon Maskın oxşarı peyda olub
Lüksemburqlu müğənni Hyoqo Van Tesla-nın rəhbəri İlon Maska olan inanılmaz bənzərliyi ilə sosial şəbəkələrin diqqətini cəlb edib. BAKU.WS xəbər verir ki, bu bar...