İrina Şeyk Nyu-Yorkdakı mənzilini 3,2 milyon dollara satıb

Rusiyalı supermodel İrina Şeyk (əsl adı – İrina Şayxlislamova) Nyu-Yorkdakı mənzilini 3,25 milyon dollara satıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Real Deal" nəşri yazıb.
Təxminən 230 kvadratmetr sahəsi olan mənzildə iki yataq otağı və üç vanna otağı var. İnteryer yüksək tavanlar, palıd parket döşəmə və geniş pəncərələrlə fərqlənir. Bütün otaqlar açıq tonlarda dizayn edilib və parlaq rənglərdən istifadə olunmayıb.
Mənzil 2008-ci ildə tikilmiş binada yerləşir. Burada 24 saat xidmət göstərən konsiyerj və şəhərə gözəl mənzərəli dam terrasına çıxış imkanları var. Şeyk bu evi 2010-cu ildə 1,96 milyon dollara almışdı. O, mənzili 2024-cü ilin iyununda 4,2 milyon dollara satışa çıxarsa da, sonradan qiyməti endirib.
Qalereya
Oxşar xəbərlər
Moskvada isti hava temperatur rekordunu qırıb
"Moskvada iyulun 10-da havanın temperaturu +33.7 dərəcə təşkil edib ki, bu da yeni rekord sayılır". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu TASS-a Rusiy...