İraqın şimalında şəhid olan türk hərbçilərin sayı 12-yə çatıb
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 12-yə yüksəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün nümayəndə heyəti ilə birgə bölgəyə gedib.
*** 09:27
İraqın şimalında şəhid olan Türkiyə hərbçilərinin sayı 8-ə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənlərin sayı isə 19-a çatıb.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxi...