İraq parlamenti qadınlar üçün nikah yaşını 18-dən 9 yaşa endirən qanunu qəbul edib

İraq parlamenti uşaq nikahını qanuniləşdirən qanunu qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, qadınlar üçün nikah yaşı 18-dən 9 yaşa endirilib.
Telekanalın məlumatına görə, qanun respublika sakinlərinin narazılığına səbəb olub. Məsələn, İran Qadınlar Birliyinin üzvü İntisar əl-Mayali bildirib ki, dəyişikliklər "qadınların və qızların hüquqlarına fəlakətli təsir göstərəcək". Bundan əlavə, fəal hesab edir ki, qanun boşanma, qəyyumluq və vərəsəlikdə qadınların müdafiəsi mexanizmlərini pozacaq.
Deputatların bir qismi fəal şəkildə etiraz edib, bəziləri isə ümumiyyətlə səs verməyib. Eyni zamanda, İraq sakinləri Bağdadın Təhrir meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyalarında iştirak etməyə hazırlaşır.
Oxşar xəbərlər
İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb
İsrail Qəzza zolağında quru əməliyyatına start verib. Bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bəyan edib. "Biz əməliyyat...
