İranın Yəmənə göndərdiyi makaronlar partlayıcı maddə çıxdı
Yəmən İranın qida məhsulları adı altında ölkədəki qruplaşmalara silahlar göndərdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, məhsul zahirən qida məhsulu olan makaronu xatırlatsa da, əslində, bu vasitə RPG (reaktiv qumbaraatan) sursatlarına quraşdırılmaq üçün nəzərdə tutulan partlayıcı fitildir.
"Bu tapıntı İranın dövlətimizə göndərdiyi yüklərin əyani sübutudur. Bu hal, Əl-Mudaribə və Raas əl-Ara ərazilərində təhlükəsizlik əməliyyatının dəniz qüvvələri tərəfindən həyata keçirilən daha bir müsadirə faktıdır. Biz xəbərdarlıq edirik ki, təhlükəsizlik əməliyyatı və ona tabe olan dəniz qüvvələri daim nəzarətdədir və onların yolunu kəsməyə hazırdır", - deyə Yəmən silahlı qüvvələrinin nümayəndəsi qeyd edib.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...