İranın dəhşətli PUA hücumu zamanı nələr yaşandı?
Martın 5-də İran tərəfindən Naxçıvana atılan pilotsuz uçuş aparatlarının zərbə dalğası yaxınlıqda yerləşən Şəkərabad kəndindəki bəzi evlərdən yan keçməyib.
Belə ki, dron hücumu nəticəsində bir sıra evlərin dam örtüyü zədələnib, bəzilərinin həyətyanı sahələrinə qəlpələr düşüb. Bu da sakinlər arasında təşvişə səbəb olub.
"Elə gurultu qopdu ki, ev silkələndi. Bayıra çıxanda gördük ki, nəsə başımızın üstündən keçib yaxınlığa düşdü. Bir qız hadisənin təsirindən ağlayırdı. Çağırıb su verdik ki, sakitləşsin", - deyə kənd sakini Etibar Allahverdiyev hadisə ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Oxşar xəbərlər
Çin nəhəngi yapon brendini ittiham etdi
Çinin Li Auto şirkəti rəqibi Dongfeng Nissan-ı haqsız rəqabətdə ittiham edib. Şirkətin qurucusu Li Xiang bildirib ki, rəqibin əməkdaşları sosial şəbəkələrdə sax...