İranda yenidən etirazlar başladı: Tələbələr küçələrə çıxdılar
21
fev
2026
19:20
İranın paytaxtı Tehranın Şərif Universitetində bir qrup tələbə etiraz aksiyası keçirib.
BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Kadrlarda aksiya iştirakçıları "Azadlıq, azadlıq, azadlıq!", "Molla kəfənə bürünməyincə, bu vətən vətən olmayacaq!", "Biz vuruşacağıq, biz öləcəyik, İranı geri alacağıq!" kimi şüarlar səsləndiriblər.
Qeyd edilir ki, etiraz aksiyası zamanı "Bəsic" yarımhərbi təşkilatının döyüşçüləri kampus ərazisinə daxil olublar və tələbələrə qarşı zorakılıq tətbiq ediblər.
Oxşar xəbərlər
Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb
Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ağciyərindəki kütlənin çıxarılması üçün keçirdiyi əməliyyatdan sonra Romadakı Gemelli Xəstəxanasından evə buraxılıb. BAK...