İranda iğtişaşlarla bağlı 3 minə yaxın şəxs saxlanılıb
İranın hüquq-mühafizə orqanları kütləvi iğtişaşlarda iştirakda şübhəli bilinən təxminən 3 min nəfəri saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, İranda iğtişaşlar 29 dekabr tarixindən etibarən milli valyuta – rialın kəskin dəyər itirməsindən sonra başlanan küçə etirazları fonunda başlayıb və qısa müddətdə ölkənin əksər iri şəhərlərinə yayılıb. Rəsmi məlumatlara əsasən, hadisələr zamanı təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
İranın xarici işlər naziri Abbas Əraqçının sözlərinə görə, yanvarın 8-dən etibarən etiraz aksiyalarında silahlı terrorçu qrupların iştirak etdiyi müşahidə olunub.
Oxşar xəbərlər
Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin son iki əsrdə heç bir dövlətə hücum etmədiyini və gələcəkdə də belə bir niyyətinin olmadığını bildirib. BAKU.WS xəbər...