İranda etirazlarda ölənlərin yeni siyahısı açıqlandı

İranda etirazlarda ölənlərin yeni siyahısı açıqlandı
Dünya 52

İran hakimiyyəti ölkədə baş vermiş etiraz aksiyaları zamanı həlak olanların tam siyahısını açıqlayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə platforması "X"də paylaşım edib.

Nazir bildirib ki, hökumət şəffaflıq prinsiplərinə sadiq qalaraq, iğtişaşlar zamanı həyatını itirən 3117 nəfərin tam siyahısını dərc edib. Onun sözlərinə görə, siyahıya hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir və onların sayı təxminən 200 zabitdir.

Əraqçi əlavə edib ki, təqdim edilən məlumatların doğruluğu ilə bağlı hər hansı sual və ya şübhə yaranarsa, tərəflərdən müvafiq sübutları paylaşmaları xahiş olunur.

Xatırladaq ki, bundan əvvəl də İran rəsmiləri iğtişaşlar nəticəsində 3117 nəfərin həlak olduğunu rəsmi şəkildə bəyan etmişdilər. Lakin yayımlanan siyahıda 131 nəfərin adı yer almayıb. İran Nazirlər Kabineti həmin şəxslərin kimliyinin hələ dəqiqləşdirilməməsi səbəbindən adlarının siyahıya salınmadığını açıqlayıb.

Son xəbərlər