İranda etirazlar zamanı ölənlərin sayı 2 677-yə çatdı
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları zamanı ölənlərin sayının 2 677-yə yüksəldiyini açıqlayıb.
BAKU.WS HRANA-a istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr zamanı 2 600-dən çox şəxs xəsarət alıb, 19 097 nəfər isə saxlanılıb. Etirazlar zamanı baş verən qarşıdurmalarda ümumilikdə 2 677 nəfər həyatını itirib.
İran rəsmiləri indiyədək aksiyalar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər. Qeyd edək ki, HRANA bir gün əvvəl yaydığı məlumatda ölənlərin sayının 2 615 nəfər olduğunu bildirmişdi.
Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbilə Tehranın Böyük Bazarında bazarda işləyənlərin başlatdığı etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. Yanvarın 8-də paytaxt Tehranda etirazların şiddətlənməsindən sonra ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırıb.
Oxşar xəbərlər
İran hava məkanını qismən açdı
İran hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib. BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki...