İranda etirazlar iki həftədir davam edir - Binalar yandırılır, küçələr dağıdılır
İranda iki həftə əvvəl başlayan kütləvi etirazlar bu gecə də davam edib.
BAKU.WS "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Tehran başda olmaqla bir sıra şəhərlərdə etirazçılar gecə saatlarında küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.
Yayılan məlumatlara görə, aksiya iştirakçıları mövcud siyasi idarəçiliyə etiraz ediblər. Etirazların bir neçə şəhərdə eyni vaxtda baş verdiyi bildirilir.
Hökumətyönlü media qurumları şəhər küçələrində baş verdiyi iddia olunan dağıntıların görüntülərini yayımlayıblar.
Etirazçılar "ictimai əmlakı məhv etməkdə" və "etirazlar adı altında ölkəyə qarşı düşmənçilik etməkdə" ittiham olunublar.
Oxşar xəbərlər
Bu gecə Tehranda Xameneinin xatirəsini anmaq üçün üç günlük matəm mərasimi başlayacaq
Bu gecə Tehranda Xameneinin xatirəsini anmaq üçün üç günlük mərasim başlayacaq. BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, mərhum Xameneinin tərəfdarları bu ge...