İranda Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olunub
İranda Məhəmməd Baqir Zülqədr Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.
BAKU.WS "NourNews"a istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiya və informasiya şöbəsinin direktor müavini Seyid Mehdi Təbatəbai açıqlama verib.
Bildirilib ki, Zülqədr əvvəllər SEPAH komandirlərindən biri olub. O, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının Bəsic üzrə sabiq müavini kimi fəaliyyət göstərib, 2012–2020-ci illərdə isə məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurasının əvvəlki katibi Əli Laricani ABŞ və İsrailin fevralın 28-də başlatdığı əməliyyat nəticəsində martın 17-də həyatını itirib.
Oxşar xəbərlər
Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar
Fransada günlərdir davam edən etiraz aksiyalarından sonra yeni görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, videolarda lüks brend mağazalarından oğurlanan məhsu...