İran Ukraynaya nota verdi
İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İran ərazisinə zərbələrini dəstəkləyən bəyanatları səbəbindən etiraz notasını təqdim etmək üçün çağırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Farsai notanı təqdim edərək vurğulayıb ki, rəsmi Kiyev İsrailin hərbi təcavüzünü dəstəkləməklə, faktiki olaraq Ukraynanın BMT Nizamnaməsinin prinsip və məqsədlərinə, eləcə də dörd Cenevrə Konvensiyasına hörmət etməklə bağlı beynəlxalq hüquqi öhdəliklərinə məhəl qoymayıb.
İranlı diplomat Ukrayna diplomatik missiyasının rəhbərinə Kiyevin Tehrana qarşı düşmənçilik və təxribat xarakterli ritorikasının təkrarlanması halında nəticələr barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək
Amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan hər bir uşağa kosmik texnologiyalar şirkəti "SpaceX"in özünə məxsus səhmlərindən birini hədiyyə edəcəy...