İran Səudiyyə Ərəbistanına ballistik raket atıb, ABŞ hərbi obyektlərinə zərbələr endirib
İranın Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına ballistik raket buraxdığı iddia edilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasındakı mənbəyə istinadən X sosial şəbəkəsində paylaşım edib.
"İran Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına ballistik raket buraxıb", – deyə jurnalist bildirib. O qeyd edib ki, bu, təxminən dörd aydan sonra İranın Səudiyyə Ərəbistanı istiqamətində həyata keçirdiyi ilk birbaşa hücum hesab olunur.
Bundan başqa, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə də zərbələr endirdiyini açıqlayıb.
SEPAH-ın bəyanatına əsasən, pilotsuz uçuş aparatları Əl-Udeyri düşərgəsindəki sursat anbarını, Əli əs-Salim aviabazasının qərargah binasını və mərmi anbarını, eləcə də Küveytdəki bir neçə rabitə qovşağını hədəfə alıb.
Bəyanatda həmçinin bildirilib ki, İordaniyadakı ABŞ hərbi obyektlərinə də PUA hücumları təşkil olunub. Məlumata görə, pilotsuz uçuş aparatları Əl-Əzraq hərbi bazasında yerləşən yanacaq çənlərini vurub.
Qeyd edək ki, Əl-Əzraq bazası ABŞ-nin Yaxın Şərqdəki əsas hərbi obyektlərindən biri hesab olunur.
Oxşar xəbərlər
Raket və PUA hücumları - Küveyt hava limanında uçuşlar dayandırıldı
Küveyt Beynəlxalq Hava Limanında raket və pilotsuz uçuş aparatlarının hücumlarından sonra uçuş və eniş əməliyyatları müvəqqəti dayandırılıb. BAKU.WS "Kuwait Air...