İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir

İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Dünya 16

İran hakimiyyəti 2025-ci ilin iyununda ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində zədələnmiş nüvə obyektlərini bərpa edir və mümkün yeni hücum təhlükəsi fonunda onları möhkəmləndirir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.

Xüsusilə, İran tərəfi İsfahan şəhərində yerləşən ən böyük nüvə kompleksində yeraltı girişləri hermetikləşdirir. Müşahidəçilərin fikrincə, bu addım hava zərbələri nəticəsində çökmələrin qarşısını almaq və dərin nüfuz edən sursatlara qarşı zəif nöqtələri aradan qaldırmaq məqsədi daşıyır.

Bərpa işləri Natanz şəhərində də davam edir. Uranın zənginləşdirilməsi üzrə zədələnmiş müəssisənin üzərində yeni dam inşa olunub.

Bundan əlavə, İran Natanzdakı nüvə obyektlərinin yaxınlığında, Kolanq-Qaz-La dağı altında yerləşən yeraltı qurğuya aparan iki tunelin konstruksiyasını möhkəmləndirir.

Eyni zamanda, Pərçin hərbi kompleksinin ərazisində yeni struktur inşa olunub. İsrail həmin obyekti 2024-cü ilin payızında hədəfə almışdı. Burada partlayıcı maddələrin sınaqları keçirilirdi və agentlik əlavə edir ki, bu texnologiyalar nüvə başlığının yığılmasında da istifadə oluna bilər.

Son xəbərlər