İran Microsoft-un İsraildəki ofisinə zərbə endirib

İran İsrailin Beer Şeva şəhərində "Microsoft" şirkətinin ofisinə hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti yazıb.
Bildirilib ki, raket düz maşınların olduğu dayanacağa düşüb. Mümkün itkilər barədə məlumat yoxdur.
İyunun 19-da səhər saatlarında İran hərbçiləri İsrailə doğru ən azı üç raket atıb. Onlardan bəziləri İT nəhənginin ofisinin yaxınlığında düşüb. Hadisə nəticəsində binanın şüşəsi zədələnib, azı 6 avtomobil yanıb.
Son məlumata görə, İsrailin "Dəmir günbəz" raketdən müdafiə sistemi son 24 saat ərzində İranın atdığı raketlərin 65%-ni uğurla dəf edib. Qeyd edilir ki, Tehran raketlərinin uçuşunun son mərhələsində qabaqcıl istiqamətləndirmə sistemlərindən istifadə edir ki, bu da hədəfləri vurarkən onların dəqiqliyini artırır.
Oxşar xəbərlər
Ərdoğan Qəzza zolağına səfər etmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələcəkdə Qəzza zolağına səfər etmək niyyətində olduğunu açıqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o bu barə...
