İran İsrailə yenidən raket atdı - ANBAAN
İsrail ordusu İran ərazisindən yeni raket buraxılışlarının qeydə alındığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, İsrailin hava hücumundan müdafiə sistemləri Hayfa da daxil olmaqla ölkənin şimal bölgələrində raket təhlükəsi ilə əlaqədar xəbərdarlıq siqnalları verib.
İsrail ordusu bildirib ki, axşam saatlarından etibarən İrandan atılan raketlərin hamısı hava hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Bununla belə, İran ərazisindən yeni raket buraxılışlarının davam etdiyi və təhlükənin hələ də aradan qalxmadığı vurğulanıb.
"Hava hücumundan müdafiə qüvvələri hazırda təhdidləri müəyyən edir və onları zərərsizləşdirir", – deyə ordunun açıqlamasında bildirilib.
Bu arada İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi İsraili Livanın cənubuna hücumları dayandırmağa çağırıb. O bildirib ki, əks halda İsrail bölgədəki müttəfiqlərinə də təsir göstərəcək daha güclü və dağıdıcı zərbələrlə üzləşə bilər.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə son zərbələrin Livana hücumların həyata keçirildiyi İsrailin Ramat-David hərbi hava bazasını hədəf aldığını bəyan edib.
Qətər hakimiyyəti isə sosial şəbəkələrdə ölkənin hava məkanının bağlanması və uçuşların dayandırılması ilə bağlı yayılan məlumatları təkzib edib. Qətərin Mülki Aviasiya Baş İdarəsi bildirib ki, yayılan NOTAM yalnız alternativ hava marşrutlarının müəyyənləşdirilməsi məqsədi daşıyır və hava məkanının bağlanması anlamına gəlmir.
Oxşar xəbərlər
Baydenin səhhəti ilə bağlı yeni detallar açıqlandı
ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, 83 yaşlı siyasətçi metastatik xərçəngə qarşı müalicəsini davam et...